İyulun 16-da ibtidai sinif müəllimi olmaq istəyən namizədlərin imtahanları davam edir. İmtahanlarda 3 280 namizədin iştirakı gözlənilir.

Qeyd edək ki, ötən gün keçirilən ibtidai sinif üzrə müəllimlərin işə qəbulu imtahanlarında 2 879 namizəd iştirak edib.Namizədlərdən Sevinc İsmayılova, Aytac Binnətli, Sahibə Rəhimova və  Elgün Şahbazov 57 bal toplayaraq ən yüksək nəticə göstərib.

İmtahanda iştirak edən 1 216 namizəd 36 bal, 246 nəfər isə 48 baldan yüksək nəticə əldə ediblər.

İmtahanlar iyulun 24-dək davam edəcək.


XƏBƏRLƏR VƏ YENİLİKLƏR

Azərbaycan müəllimini seçir

"Anamla imtahana gəlmişəm. İndi onu gözləyirəm, o, söz verib ki, özümü yaxşı aparıb sakit otursam, gələndən sonra mənə istədiyim hədiyyəni ...

Ətraflı