Mayın 4-dən etibarən müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı sınaq imtahanına elektron qeydiyyata başlanılıb.


Mayın 4-dən etibarən müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı sınaq imtahanına elektron qeydiyyata başlanılıb.

Sınaq imtahanında iştirak etmək istəyənlər mayın 12-dək miq.edu.az/sinaq linkinə daxil olaraq elektron qeydiyyatdan keçə bilərlər.

Sınaq imtahanı Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən mayın 18-də Azərbaycan Dövlət İqtisad Universitetinin 2 saylı tədris binasında (Ünvan: Həsən Əliyev küçəsi 135/Gənclik metro stansiyasının yaxınlığı) keçiriləcək.


XƏBƏRLƏR VƏ YENİLİKLƏR