İyulun 23-də ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsində riyaziyyat fənni üzrə bir nəfər müəllim yüksək nəticə göstərib.


İyulun 23-də ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsində riyaziyyat fənni üzrə bir nəfər müəllim yüksək nəticə göstərib. İmtahanda iştirak edən Göyçay rayonunun Cəyirli kənd sakini, Ucar rayon Boyat kənd tam orta məktəbinin müəllimi Fidan Hacıyeva ona təqdim olunan bütün sualları düzgün cavablandıraraq 60 bal toplayıb.

Qeyd edək ki, iyulun 23-də keçiriləcək imtahanda 3524 namizədin iştirakı nəzərdə tutulur.


XƏBƏRLƏR VƏ YENİLİKLƏR