İyulun 15-də müəllimlərin işə qəbulu üzrə imtahan prosesi izlənilib.


<p>Azərbaycan Texniki Universitetinin idman zalına təşkil edilən mediaturda Təhsil nazirinin m&uuml;avini Məhəbbət Vəliyeva, təhsil ekspertləri, media kapitanları və ictimaiyyət n&uuml;mayəndələri iştirak ediblər.</p> <p>Mediatur iştirak&ccedil;ıları imtahanın gedişini yaxından izləyib, onlara imtahan prosesi ilə bağlı ətraflı məlumat verilib. Bildirilib ki, son illərdə m&uuml;əllim n&uuml;fuzunun, m&uuml;əllimlərin peşəkarlıq səviyyəsinin y&uuml;ksəldilməsi istiqamətində ciddi addımlar atılıb. Həm&ccedil;inin, g&ouml;r&uuml;lən işlər nəticəsində m&uuml;əllimlərin işə qəbulu &uuml;zrə m&uuml;sabiqədə iştirak edənlərin sayı ildən-ilə artıb.</p> <p>Məlumat verilib ki, bu il m&uuml;əllimlərin işə qəbulu &uuml;zrə m&uuml;sabiqənin test imtahanı mərhələsində 48 204 namizəd iştirak h&uuml;ququ qazanıb. Bu g&uuml;n ibtidai sinif m&uuml;əllimi olmaq istəyən namizədlər imtahan verir. İmtahanda 3280 namizədin iştirakı g&ouml;zlənilir.</p> <p>Bu g&uuml;nədək ke&ccedil;irilən imtahanlarda 15 797 namizəd iştirak edib. Namizədlərdən 3 nəfər 58 bal toplayaraq ən y&uuml;ksək nəticə g&ouml;stərib.</p>


XƏBƏRLƏR VƏ YENİLİKLƏR

Test imtahanlarında növbəti yüksək bal

İyulun 10-da müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsində növbəti yüksək nəticə qeydə alınıb. Belə ki, namizədlərdən Gülbəniz İsrafilova informatika fənni üzrə imtahandan uğurla keçərək 57 bal toplayıb.

Ətraflı
Test imtahanlarında növbəti yüksək bal

İyulun 10-da müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsində növbəti yüksək nəticə qeydə alınıb. Belə ki, namizədlərdən Gülbəniz İsrafilova informatika fənni üzrə imtahandan uğurla keçərək 57 bal toplayıb.

Ətraflı
Azərbaycan müəllimini seçir

"Anamla imtahana gəlmişəm. İndi onu gözləyirəm, o, söz verib ki, özümü yaxşı aparıb sakit otursam, gələndən sonra mənə istədiyim hədiyyəni alacaq”- deyə 3 yaşlı balaca Qumral bizimlə şirin-şirin söhbət edir. Anasını imtahana yola salanda isə deyib ki, "ana, imtahandan gülə-gülə çıx...”

Ətraflı
Elektron qeydiyyat davam edir

İyunun 24-dən start verilmiş müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün 47 mindən çox namizəd elektron qeydiyyatdan keçib, onlardan 44 mindən çox namizəd isə elektron ərizəsini təsdiqləyib.

Ətraflı
Müəllimlərin yerdəyişməsinə başlanılır

İyun ayının 3-dən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə start verilir.

Ətraflı
Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə start verilir

İyulun 2-dən etibarən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbuluna start verilir. İyulun 8-dək davam edəcək sənəd qəbulu prosesində iştirak etmək istəyən namizədlər miq.edu.az saytında qeydiyyatdan keçməlidirlər.

Ətraflı