Ölkənin ümumtəhsil məktəblərini təmsil edən 15 nəfər müxtəlif fənn müəllimi Böyük Britaniyanın Lester Universitetində səfərdə olub.


<p>&Ouml;lkənin &uuml;mumtəhsil məktəblərini təmsil edən 15 nəfər m&uuml;xtəlif fənn m&uuml;əllimi B&ouml;y&uuml;k Britaniyanın Lester Universitetində səfərdə olub. Səfərin məqsədi se&ccedil;ilmiş m&uuml;əllimlərin peşəkarlıq səviyyəsini və mentorluq bacarıqlarını artırmaq, qabaqcıl təcr&uuml;bələri Azərbaycanda təbliğ etməkdir.</p> <p>Səfər proqramına m&uuml;əllimlərin tədris fəaliyyətinin m&ouml;vcud vəziyyətini təhlil etmək, təlim prosesini d&uuml;zg&uuml;n planlaşdırmaq, formativ qiymətləndirmə vasitələrindən istifadə, &ouml;l&ccedil;&uuml;ləbilən təlim məqsədlərini m&uuml;əyyənləşdirmək, şagirdlərlə səmərəli əks-əlaqənin təmini, dərs m&uuml;şahidəsi zamanı m&uuml;əllimlərin dəstəkləyici əks-əlaqəsinin təşkili kimi məsələlər daxil olub.</p> <p>M&uuml;əllimlər B&ouml;y&uuml;k Britaniya məktəblərində istifadə edilən m&ouml;vcud yanaşmalar, m&uuml;asir təhsil nəzəriyyələri və metodik t&ouml;vsiyələrlə tanış olublar. Təlimin sonunda m&uuml;əllimlər həmin proqram əsasında həmkarları ilə aparacaqları işləri əks etdirən fəaliyyət planı hazırlayaraq dəyərləndirmə &uuml;&ccedil;&uuml;n Lester Universitetinin n&uuml;mayəndələrinə təqdim ediblər.</p>


XƏBƏRLƏR VƏ YENİLİKLƏR

Test imtahanlarında növbəti yüksək bal

İyulun 10-da müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsində növbəti yüksək nəticə qeydə alınıb. Belə ki, namizədlərdən Gülbəniz İsrafilova informatika fənni üzrə imtahandan uğurla keçərək 57 bal toplayıb.

Ətraflı
Test imtahanlarında növbəti yüksək bal

İyulun 10-da müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsində növbəti yüksək nəticə qeydə alınıb. Belə ki, namizədlərdən Gülbəniz İsrafilova informatika fənni üzrə imtahandan uğurla keçərək 57 bal toplayıb.

Ətraflı
Azərbaycan müəllimini seçir

"Anamla imtahana gəlmişəm. İndi onu gözləyirəm, o, söz verib ki, özümü yaxşı aparıb sakit otursam, gələndən sonra mənə istədiyim hədiyyəni alacaq”- deyə 3 yaşlı balaca Qumral bizimlə şirin-şirin söhbət edir. Anasını imtahana yola salanda isə deyib ki, "ana, imtahandan gülə-gülə çıx...”

Ətraflı
Elektron qeydiyyat davam edir

İyunun 24-dən start verilmiş müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün 47 mindən çox namizəd elektron qeydiyyatdan keçib, onlardan 44 mindən çox namizəd isə elektron ərizəsini təsdiqləyib.

Ətraflı
Müəllimlərin yerdəyişməsinə başlanılır

İyun ayının 3-dən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə start verilir.

Ətraflı
Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə start verilir

İyulun 2-dən etibarən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbuluna start verilir. İyulun 8-dək davam edəcək sənəd qəbulu prosesində iştirak etmək istəyən namizədlər miq.edu.az saytında qeydiyyatdan keçməlidirlər.

Ətraflı