Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi başa çatıb.


<p>Təhsil Nazirliyi sisteminə daxil olan &uuml;mumi təhsil m&uuml;əssisələrinə m&uuml;əllimlərin işə qəbulu &uuml;zrə m&uuml;sabiqənin test mərhələsi başa &ccedil;atıb.</p> <p>İyulun 16-dan start verilən bu mərhələdə 19 fənn &ndash; Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan dili, ibtidai sinif, ingilis dili, alman dili, riyaziyyat, informatika, təsviri incəsənət, rus dili, rus dili və ədəbiyyatı, fransız dili, musiqi, tarix, kimya, fizika, texnologiya, biologiya, fiziki tərbiyə, coğrafiya&nbsp; &uuml;zrə test imtahanları ke&ccedil;irilib.&nbsp;&nbsp;&nbsp;</p> <p>M&uuml;əllim adı uğrunda m&uuml;barizəyə&nbsp; 39 min 163 namizəd qoşulub.</p> <p>Avqust ayının 1-də test imtahanının nəticələri namizədlərin şəxsi səhifələrinə g&ouml;ndəriləcək, avqustun 3-dən etibarən isə vakansiya se&ccedil;imi mərhələsinə start veriləcək. Vakansiya se&ccedil;imi mərhələsində namizədlər elektron ərizələrinə ali və ya orta ixtisas təhsili haqqında sənədi və onun əlavəsini y&uuml;kləyərək, vakant yer se&ccedil;ərək ərizələrini təsdiq etməlidirlər. Elektron ərizələr yoxlanıldıqdan sonra namizədlər imtahanda g&ouml;stərdikləri nəticələrə uyğun olaraq proqram təminatı tətbiq olunmaqla vakant yerlərə yerləşdiriləcəklər. Bu barədə onların şəxsi səhifələrinə m&uuml;vafiq məlumat g&ouml;ndəriləcəkdir.</p>


XƏBƏRLƏR VƏ YENİLİKLƏR

Test imtahanlarında növbəti yüksək bal

İyulun 10-da müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsində növbəti yüksək nəticə qeydə alınıb. Belə ki, namizədlərdən Gülbəniz İsrafilova informatika fənni üzrə imtahandan uğurla keçərək 57 bal toplayıb.

Ətraflı
Test imtahanlarında növbəti yüksək bal

İyulun 10-da müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsində növbəti yüksək nəticə qeydə alınıb. Belə ki, namizədlərdən Gülbəniz İsrafilova informatika fənni üzrə imtahandan uğurla keçərək 57 bal toplayıb.

Ətraflı
Azərbaycan müəllimini seçir

"Anamla imtahana gəlmişəm. İndi onu gözləyirəm, o, söz verib ki, özümü yaxşı aparıb sakit otursam, gələndən sonra mənə istədiyim hədiyyəni alacaq”- deyə 3 yaşlı balaca Qumral bizimlə şirin-şirin söhbət edir. Anasını imtahana yola salanda isə deyib ki, "ana, imtahandan gülə-gülə çıx...”

Ətraflı
Elektron qeydiyyat davam edir

İyunun 24-dən start verilmiş müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün 47 mindən çox namizəd elektron qeydiyyatdan keçib, onlardan 44 mindən çox namizəd isə elektron ərizəsini təsdiqləyib.

Ətraflı
Müəllimlərin yerdəyişməsinə başlanılır

İyun ayının 3-dən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə start verilir.

Ətraflı
Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə start verilir

İyulun 2-dən etibarən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbuluna start verilir. İyulun 8-dək davam edəcək sənəd qəbulu prosesində iştirak etmək istəyən namizədlər miq.edu.az saytında qeydiyyatdan keçməlidirlər.

Ətraflı