
Müəllimlərin işə qəbulu müsabiqəsində ilk yüksək bal
İyulun 8-də müəllimlərin işə qəbulu üzrə müsabiqədə tarix fənni üzrə yüksək nəticə göstərilib. Belə...
ƏtraflıAzərbaycan Texniki Universitetinin idman sarayının qarşısında yenə qələbəlikdir. May ayının 26-dan binanın qarşısı dolub-boşalır. Çünki iyunun 2-dək ölkədə müəllimlərin bilik və bacarıqlarının növbəti diaqnostik qiymətləndirilməsi keçirilir. Bu məqsədlə qeydiyyatdan keçən 19 minə yaxın müəllim imtahan verir.
Artıq məlum olduğu kimi, 2014-cü ildən etibarən ölkə üzrə ümumilikdə 140 000-dək müəllim diaqnostik qiymətləndirmədən keçib. Beləliklə də, ölkənin ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsinə yekun vurulub. Lakin builki imtahanlarda qeydiyyatdan keçən 19 min nəfərə qədər müəllim arasında indiyədək müxtəlif səbəblərdən diaqnostik qiymətləndirmədən keçməyənlər də var. Ümumiyyətlə, indiyədək diaqnostik qiymətləndirmədən keçən və aşağı bal toplayan müəllimlər, direktorlar, direktor müavinləri, gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri, eyni zamanda, yerli təhsili idarəetmə orqanlarında dövlət qulluğu vəzifəsində çalışanlar, metodistlər, ilk peşə-ixtisas təhsili müəssisələrində ümumtəhsil fənlərini tədris edən müəllimlər də qiymətləndirmədə iştirak edir.
Diaqnostik qiymətləndirmə ona görə keçirilir ki...
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu nəzdində İnsan Resursları Mərkəzinin müdir əvəzi Murad Camalzadə “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, əvvəllər az bal toplayan və yaxud topladığı balla qane olmayanlar bu il yenidən müraciət ediblər. Bu səbəbdən təkrar imtahan verənlər ilk dəfə iştirak edənlərdən daha çoxdur: “Əvvəllər iştirak edənlərin təkrar imtahan vermək istəməsi diaqnostik qiymətləndirmənin fəlsəfəsinə də uyğundur. Diaqnostik qiymətləndirmə ona görə keçirilir ki, müəllimlər daim öz nəticələrini yüksəltməkdə maraqlı olsunlar, daim öz üzərində çalışsınlar”.
Qeyd edək ki, diaqnostik qiymətləndirmənin nəticələri müəllimlərin iş yerinin dəyişdirilməsi zamanı nəzərə alınır. Müəllimlərin bilik və bacarıq səviyyələrinin müəyyənləşdirilməsi dərs yükünün rasional bölüşdürülməsinə xidmət edir. Yüksək nəticə göstərənlərin dərs yükü norması və əməkhaqqı, bununla da maddi rifahı yaxşılaşdırılır.
Müəllimlər imtahan verir
Binanın çölündə də, içərisində də gözləyirlər. Həyəcan da öz yerində. Hamının çöhrəsindən gərginliyi oxunur. Qapıdan içəri girən oturmaq, öncə nəfəsini dərmək istəyir. Həyəcanları boşuna deyil. İmtahan verəcəklər. Uşaq deyillər ki?! Niyə həyəcanlansınlar ki? Bəlkə də məhz ona görə həyəcanlanırlar.
İmtahan hər yaşda həyəcanvericidir. Hələ imtahan verənlərin müəllimlər olduğunu nəzərə alsaq, hər kəsdə müşahidə edilən imtahan gərginliyi ikiyə vurulmalıdır.
İmtahan nəzarətçiləri
Diaqnostik qiymətləndirmənin təşkilində Təhsil Nazirliyinin İnsan resursları şöbəsi və Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun İnsan Resursları Mərkəzinin əməkdaşlarından ibarət 13 nəfərlik komanda işləyir. İmtahana güclü nəzarət olduğu ilk andan müşahidə edilir. Necə deyərlər, həm havadan - kameralar vasitəsilə, həm də yerdə - “Bir” Tələbə-könüllü proqramının könüllüləri tərəfindən.
Hər zalda kameralar quraşdırılıb. Böyük zalda 12, kiçik zalda 5 kamera işləyir. 3 kamera isə qeydiyyat bölməsində baş verənləri yaddaşına yazır. Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktor müavini Fəxri Qurbanovun sözlərinə görə, kameraların qeydə aldıqları həm mərkəzi panelə ötürülür, həm də yaddaşda saxlanılır. Panelə ötürülən görüntülər sayəsində baş verənləri anındaca görmək mümkün olur.
“Bir” könüllüdən 100 könüllü
İmtahan prosesinə “Bir” Tələbə-Könüllü Proqramının 100 könüllüsü cəlb edilib. Budur, könüllülər toplaşıblar. Məşvərət keçirirlər. Düzgün nəzarət etmək üçün kimin nə edəcəyi planlaşdırılır. Hər sırada 4 könüllü hərəkət edir. Onlar sadəcə köçürülmə hallarına, imtahan verənlərin öz aralarında danışmağına mane olmaq üçün sıralarda gəzişmirlər. Lazım gələrsə, müəllimlərə kömək edirlər. Deyəsən, daha çox texniki dəstək üçün müəllimlər onlara üz tutur. İstənilən sorğuya həvəslə cavab verirlər. Çöhrəsində təbəssüm olan könüllülər həyəcan dolu heç bir sualı cavabsız buraxmırlar.
Direktor könüllülər
R.Abbasovun sözlərinə görə, imtahanlarda elə bir şəffaf sistem qurulub ki, burada hər hansı neqativ amilin baş verməsi mümkün deyil: “Sistemin mükəmməlliyinin özüm imtahan verəndə də müşahidə etmişdim. İndi nəzarətçi olaraq proseslə daha yaxından tanış oldum”. |
![]() |
İlk seans, ikinci cəhd, nəticəsi ilə barışmayanlar..
Müəllimlər diaqnostik qiymətləndirmədə 90 dəqiqə ərzində 60 test tapşırığına cavab verirlər. 40 test tapşırığı ixtisasa, 20 test tapşırığı isə metodika, təhsil strategiyaları və kurikuluma aiddir. İlk günün ilk seansı başa çatır. Müəllimlər zalı tərk edirlər. Nəticəsi ümidlərini doğruldan da var, doğrultmayan da.
![]() Aydın Tağıyev Gədəbəy rayonu Qızılqaya kənd tam orta məktəbinin müəllimidir. Qarabağ müharibəsi döyüşçüsü, ikinci qrup əlildir.17 ildir ibtidai sinif müəllimi işləyir. İkinci dəfə diaqnostik qiymətləndirmədən keçir. Bu dəfə 45 bal toplayıb: “Birinci dəfə az toplamışdım. Kompüterim yox idi. Kompüter aldım, öz üzərimdə işlədim. Bacarmadıqlarımı öyrəndim, informasiya texnologiyalarını mənimsədim. Bu gün də gəlib bacardıqlarımı nümayiş etdirdim”. “Taleyüklü imtahan deyil”, - deyib keçməyin. Bu imtahanda həyəcan keçirən, gözləri dolan, hətta göz yaşlarını saxlaya bilməyənlər də var. |
Budur, bütün könüllülər onun başına yığılıb. Hamısı onu sakitləşdirməyə çalışır. Cavablarının hamısının qeydə alınmadığından narahatdır. Vaxtı bitib və 49 bal toplayıb. Bu bal onu qane etmir: “Hamı məndən 60 bal gözləyir. Necə ola bilər axı?”.
![]() Rüxsarə Mirzəyeva Bərdə şəhər 8 nömrəli tam orta məktəbdə müəllim işləyir. Özünü yoxlamağa, daha doğrusu, təsdiq etməyə gəlib. Diaqnostik qiymətləndirmədə 60 bal toplayacağına şübhə etmirmiş: “Bu nəticə ilə heç barışmıram. Vaxtım bitdi”. Bəli, vaxt bitdi.
|
Müəllimlərə ayrılan 90 dəqiqə tamam oldu. Bəziləri “bitdi” düyməsini özü basdı, Rüxsarə xanım kimi bəzilərinə də vaxtın bitdiyini sistem xəbər verdi. Hamı hazırlaşıb çıxsa da, Rüxsarə müəllim narahatdır. Könüllüyə yaxınlaşıb, “Ən yüksək bal toplayan neçə oldu?”, - deyə soruşur. Diaqnostik qiymətləndirmədə bu seansda ən yüksək 53 bal qeydə alındı. Bunu eşidən Rüxsarə xanımın əhvalı yenidən pozuldu.
![]() Könüllü Nurbala Əliyev müəllimə görə narahat olub: “Zorla sakitləşdirmişdik. Məndən də soruşmuşdu. Demişdim ki, 49-dan yuxarı toplayan olmayıb. 53 bal toplayanın olduğunu eşidib yenidən ağlayacaq”. |
Rüxsarə xanım tək deyil. Onun kimi gözləri dolub çıxan çoxdur. Bəlkə istədiyi yerdəyişməyə nail ola bilməyəcək, bəlkə də çox ehtiyacı olsa da, dərs saatlarını artıra bilməyəcək. Bu səbəblərin heç biri olmaya, Rüxsarə xanım kimi, sadəcə, özünü təsdiq edə bilmədiyinə təəssüflənə də bilərlər. Bir sözlə, hər göz yaşlının ayrı səbəbi var. Ancaq burada həlledici olan ballardır.
Ballar isə fərqlidir. Bu seansda olmasa da, müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirməsində 60 bal toplayan oldu. Riyaziyyat müəllimi Vəfa Babayeva, ingilis dili müəllimləri Leyla Paşayeva və Mədinə Qasımova, kimya müəllimi Ziyafət Məmmədov hamıdan fərqləndilər.
![]() Budur ikinci seans başlayır. Müəllimlər içəri daxil olur, qeydiyyatdan keçir, sonra zallara yönləndirilir. Zamin Əlirzayev axına qarışıb imtahan zalına keçir. Onun da burada olma səbəbi ilə maraqlanırıq. Yerdəyişmə istəyir. Lerik rayon Çayrut kəndində 15 ildir müəllim işləyir. İkinci dəfədir ki, diaqnostik qiymətləndirmədə iştirak edir. İlk dəfə 30 bal toplayıb. Bu dəfə hədəfi 45 baldır: “Kəndimizdəki digər məktəbə yerimi dəyişmək istəyirəm. Hazırda çalışdığım məktəbdə şagirdlərin sayı azdır. Bu da maaşımın az olmasına səbəb olur. Həm də digər məktəb yaşadığım yerə yaxındır. Hər gün Yuxarı Çayrutdan Aşağı Çayruta gedirəm”. |
Müəllimlərə tibbi yardım
Tibbi briqada da burdadır. İmtahan həyəcanı səhhətinə təsir edən müəllimlərə ilk yardım göstərmək üçün dəvət ediliblər. Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırovun sözlərinə görə, müəllimlərin işə qəbulu imtahanlarında olduğu kimi, diaqnostik qiymətləndirilməsi məqsədilə həyata keçirilən imtahanlarda da tibbi briqada dəvət edilib. Bunun üçün Səhiyyə Nazirliyinə müraciət edilib. İmtahan prosesində və ya gözləmə zamanı hər hansı ehtiyac yaranarsa, müəllimlərə tibbi yardım göstərilir. Tibbi personalın verdiyi məlumata görə, hələlik ciddi problem yaranmayıb: “Arterial təzyiqin ölçülməsi üçün müraciət çox olur. Başqa hər hansı ciddi narahatlıq qeydə alınmayıb”.
İyulun 8-də müəllimlərin işə qəbulu üzrə müsabiqədə tarix fənni üzrə yüksək nəticə göstərilib. Belə...
ƏtraflıMüəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi davam edir. İmtahanların üçüncü günündə rus...
Ətraflıİyulun 10-da müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsində növbəti yüksək nəticə qeydə...
Ətraflıİyulun 11-də ingilis dili fənnindən müəllimlərin işə qəbulu üzrə test imtahanları keçirilir. İmtahan...
Ətraflıİyulun 10-da müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsində növbəti yüksək nəticə qeydə...
Ətraflıİyulun 11-də ingilis dili fənnindən müəllimlərin işə qəbulu üzrə test imtahanları keçirilir. İmtahan...
Ətraflıİyulun 11-də ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin keçirildiyi Azərba...
Ətraflıİyulun 13-dən dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə start...
Ətraflıİyulun 13-də biologiya və coğrafiya fənləri üzrə müəllim olmaq istəyən namizədlər imtahan verir.
Ətraflıİyulun 15-də müəllimlərin işə qəbulu üzrə imtahan prosesi izlənilib.
Ətraflıİyulun 16-da ibtidai sinif üzrə müəllimlərin işə qəbulu imtahanlarında yüksək nəticə qeydə alınıb. B...
Ətraflı"Anamla imtahana gəlmişəm. İndi onu gözləyirəm, o, söz verib ki, özümü yaxşı aparıb sakit otursam, g...
ƏtraflıTəhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsab...
Ətraflıİyunun 24-dən start verilmiş müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün 47 mindən çox nami...
ƏtraflıTəhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən mü...
Ətraflıİyun ayının 3-dən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqav...
ƏtraflıMayın 4-dən etibarən müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı sınaq imtahanına elektron qeydiyya...
ƏtraflıRespublikanın ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə işləmək istəyən müəllimləri...
ƏtraflıRespublikanın ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə işləmək istəyən müəllimləri...
ƏtraflıAprelin 22-də respublikanın ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi əsasında işə qəbu...
ƏtraflıAprelin 1-dən respublikanın ümumi təhsil müəssisələrində müddətli əsaslarla çalışan müəllimlərlə müd...
ƏtraflıÖlkənin ümumtəhsil məktəblərini təmsil edən 15 nəfər müxtəlif fənn müəllimi Böyük Britaniyanın Leste...
ƏtraflıMüddətli müqavilə ilə işə qəbul olmuş müəllimlərin nəzərinə!
ƏtraflıMüddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu başa çatıb
ƏtraflıMüddətli müqavilə əsasında müəllimlərin işə qəbulu üzrə elektron yerləşdirmənin nəticələri məlum olu...
ƏtraflıMüddətli müqavilə ilə müəllimlərin işə qəbulu elektron qaydada aparılacaq
ƏtraflıAvqustun 30-da müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmənin müsahibə mərhələsinə start verilib
ƏtraflıMüəllimlərin işə qəbulu üzrə müsabiqədən sonra boş qalan yerlərə əlavə yerləşdirmənin vakansiya seçi...
ƏtraflıMüəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələrinə əsasən boş qalan üç mindən çox vakant yerə avq...
ƏtraflıAvqustun 18-də müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatıb.
ƏtraflıMüəllimlərin işə qəbulu üzrə müsabiqənin yekun – müsahibə mərhələsinə start verilib.
ƏtraflıMüəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinin nəticələri barədə məlumat av...
ƏtraflıMüəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsi başlayıb.
ƏtraflıTəhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsab...
Ətraflıİyulun 23-də ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsində...
Ətraflıİyulun 16-da ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsinə s...
Ətraflıİyulun 2-dən etibarən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin...
Ətraflı4-11 iyun 2018-ci il tarixlərində iş yerini dəyişmək istəyən müəllimlərin miq.edu.az saytında onlayn...
ƏtraflıMüəllimlər diaqnostik qiymətləndirmədə nəticələrini yüksəltməkdə maraqlıdırlar
ƏtraflıDəyişikliklər təhsil sahəsində çalışan və vəzifədə yüksəliş gözləyənlərin kənarda qalmasının da qarş...
ƏtraflıRespublikanın ümumi təhsil müəssisələrində müddətli əsaslarla çalışan müəllimlərlə müddətsiz əmək mü...
Ətraflı