1. Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə kimlər iştirak edə bilər?

- Müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər

2. Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə hansı mərhələlərdən ibarətdir?

- Direktorların işə qəbulu dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarət müsabiqə yolu ilə keçirilir.

3. Müsabiqəyə elektron sənəd qəbulu nə zaman həyata keçiriləcək?

- Namizədlər cari ilin 28 sentyabr – 2 oktyabr tarixlərində www.miq.edu.az/direktorlar linkinə daxil olub qeydiyyatdan keçməklə şəxsi səhifə yaradaraq elektron ərizələrinə müvafiq məlumatları daxil etdikdən, tələb olunan sənədləri yüklədikdən və vakant yerləri seçdikdən sonra ərizələrini təsdiq etməlidirlər.

4. Namizəd haqqında məlumatların müsabiqənin şərtlərinə uyğunluğu necə müəyyənləşdirilir?

- Namizəd haqqında məlumatların müsabiqənin şərtlərinə uyğunluğu nazirliyin müsabiqə komissiyası tərəfindən araşdırılır və tələblərə cavab verən namizədlərin elektron ərizələri təsdiq edilir.

5. Namizədlər elektron ərizələrində neçə vakant yer seçə bilərlər?

- Namizədlərə hazırda işlədiyi ümumi təhsil müəssisəsinin yerləşdiyi rayon (şəhər) tabeliyində olan ümumi təhsil müəssisələri üzrə 4 vakant yer seçə bilərlər.

6. Namizədlərin vakant yerlərə yerləşdirilməsi necə həyata keçirilir?

- Müsahibə mərhələsinin nəticəsinə əsasən, seçim ardıcıllığı nəzərə alınmadan komissiyanın qərarına uyğun olaraq namizədlər vakant yerlərə yerləşdirilirlər.

7. Müsabiqənin test imtahanı mərhələsi necə təşkil olunacaq?

- Müsabiqənin test imtahanı mərhələsi ənənəvi olaraq Bakı şəhərində, bir məkanda deyil, ölkənin müxtəlif şəhər və rayonlarında yaradılan imtahan mərkəzlərində karantin rejiminin müvafiq tələblərinə əməl edilməklə təşkil ediləcək. Hər bir imtahan mərkəzində imtahanların təşkilinə cəlb olunan bütün əməkdaşlar COVID‑19 testindən keçiriləcək. İmtahan mərkəzlərinin hazırda qüvvədə olan sanitar-epidemioloji tələblərə uyğun olaraq dezinfeksiya edilməsi təmin ediləcək. Diqqət! Namizədlər yaşadıqları şəhər və ya rayona ən yaxın imtahan mərkəzinə yönəldiləcəkləri üçün elektron qeydiyyatdan keçərkən “faktiki yaşadığı rayon/şəhər” xanasında hazırkı yaşayış yerini qeyd etməlidirlər.

8. Test imtahanı mərhələsində namizədlərə hansı bölmələr üzrə test tapşırıqları təqdim olunacaq?

- Müsabiqənin test imtahanı mərhələsində namizədlərə əmək, təhsil qanunvericiliyi və məntiq əhatə olunmaqla 90 dəqiqə ərzində 60 test tapşırığı təqdim olunacaq.

9. Müsabiqəyə hazırlaşan namizədlər üçün imtahan proqramı varmı?

- Aşağıdakı linklər vasitəsilə müsabiqənin test imtahanı və müsahibə mərhələsi ilə bağlı proqram, izahlı test tapşırığı nümunələri ilə tanış ola bilərsiniz.

10. Müsabiqədə keçid balı nə qədərdir?

- Dövlәt ümumi tәhsil müәssisәlәrinә direktor vәzifәsinә keçid balı namizәdlәrin test imtahanında göstәrdiyi nәticәlәr vә vakansiyaların sayı nәzәrә alınmaqla müәyyәn edilir.

11. Müsahibə mərhələsində namizədlərin bilikləri necə yoxlanılır?

- Müsahibə mərhələsi zamanı namizədlərin peşəkar kompetensiyaları, idarəetmə bacarıqları və ümumi dünyagörüşü 5 ballıq şkala ilə qiymətləndirilir.

12. Müsahibə mərhələsində iştirak edəcək namizədlərdən hansı sənədlər tələb olunur?

- Müsahibəyə çağırılan namizədlər tələb olunan tarixdə şəxsi işlərini (elektron ərizənin surəti, diplom(lar) və ona əlavə(lər), xaricdə təhsil alanlar diplomla yanaşı təhsil sənədlərinin tanınmasına dair şəhadətnamə, şəxsiyyət vəsiqəsi, sağlamlıq haqqında arayış, əmək kitabçası və elektron ərizəsində göstərilən məlumatları təsdiq edən digər sənədlərin əsli və ya notarial qaydada təsdiq olunmuş surətini) müsahibə komissiyasına təqdim etməlidirlər.

13. Vakant direktor vəzifəsini tutmuş namizədlə əmək müqaviləsi nə qədər müddətə bağlanılır?

- Müsabiqənin nəticəsinə əsasən, vakant direktor vəzifəsini tutmuş namizədlə 1 il müddətinə əmək müqaviləsi bağlanılır. Həmin müddət başa çatdıqdan sonra məktəbin akademik göstəriciləri nəzərə alınaraq müqavilə müddəti uzadıla və ya daimi əsaslarla bağlanıla bilər.

14. İşə qəbul olmuş direktorların iş yerinin dəyişdirilməsi həyata keçirilirmi?

- Müsabiqənin nəticəsinə əsasən təyinat almış direktorlar 3 ildən artıq müddətdə təyin olunduğu müəssisədə işlədiyi halda məktəbin buraxılış imtahanları və məzunların ali məktəblərə qəbul nəticələri nəzərə alınaraq nazirlik tərəfindən qərar qəbul edilməklə onların yerdəyişməsinə icazə verilir.
Müsabiqə ilə bağlı hər hansı sual yarandıqda 070 248 19 92 (whatsapp) əlaqə nömrəsinə müraciətinizi ünvanlaya bilərsiniz.