İyulun 11-də ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin keçirildiyi Azərbaycan Texniki Universitetinin idman zalına mediatur təşkil edilib.


Mediaturda Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, millət vəkilləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mediatur zamanı qonaqlar imtahanın gedişini yaxından izləyib, bu proseslə bağlı fikir mübadiləsi aparıblar.

Bildirilib ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində 48 204 namizəd iştirak hüququ qazanıb. İmtahanların dördüncü günündə ingilis dili müəllimi olmaq istəyən namizədlər imtahan verir. Bugünkü imtahanda 3280 namizədin iştirakı gözlənilir.


XƏBƏRLƏR VƏ YENİLİKLƏR

Azərbaycan müəllimini seçir

"Anamla imtahana gəlmişəm. İndi onu gözləyirəm, o, söz verib ki, özümü yaxşı aparıb sakit otursam, gələndən sonra mənə istədiyim hədiyyəni ...

Ətraflı