Respublikanın ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə işləmək istəyən müəllimlərin müsahibə nəticələri açıqlanıb.


Respublikanın ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə işləmək istəyən müəllimlərin müsahibə nəticələri açıqlanıb. Belə ki,  981 namizəd müddətsiz əsaslarla işləmək hüququ qazanıb.

Müsahibə mərhələsinin nəticələri ilə bağlı məlumat hər bir namizədin şəxsi səhifəsinə göndərilib.

Qeyd olunan göstəricilər ötən ilin anoloji nəticələrindən iki dəfə çoxdur. Müsabiqədə uğur qazanmış namizədlərlə 2019-2020-ci il tədris ilinin başlanğıcında müddətsiz əmək müqaviləsi bağlanılacaq.Namizədlər mayın 17-nə qədər aidiyyəti yerli təhsili idarəetmə orqanlarında qeydiyyatdan keçməlidir.

Apelyasiya ilə bağlı müraciətlər 5 may saat 23:59-a qədər irm@tipii.edu.az e-poçt ünvanına göndərilə bilər.

Qeyd edək ki, müsahibələrdə 2017-2018 və 2018-2019-cu tədris illəri üçün keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsinə qatılaraq zəruri keçid balını toplayan və vakant yerlərdə mövcud qaydalar çərçivəsində müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlər iştirak edib.

 


XƏBƏRLƏR VƏ YENİLİKLƏR

Test imtahanlarında növbəti yüksək bal

İyulun 10-da müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsində növbəti yüksək nəticə qeydə alınıb. Belə ki, namizədlərdən Gülbəniz İsrafilova informatika ...

Ətraflı
Azərbaycan müəllimini seçir

"Anamla imtahana gəlmişəm. İndi onu gözləyirəm, o, söz verib ki, özümü yaxşı aparıb sakit otursam, gələndən sonra mənə istədiyim hədiyyəni ...

Ətraflı
Elektron qeydiyyat davam edir

İyunun 24-dən start verilmiş müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün 47 mindən çox namizəd elektron qeydiyyatdan keçib, onlardan 44 ...

Ətraflı