Respublikanın ümumi təhsil müəssisələrində müddətli əsaslarla çalışan müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə yeni müsabiqəyə start verilir.


Respublikanın ümumi təhsil müəssisələrində müddətli əsaslarla çalışan müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə yeni müsabiqəyə start verilir.

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində fəaliyyət göstərən İnsan Resursları Mərkəzi tərəfindən keçirilən müsabiqədə iştirak etmək istəyən namizədlər cari ilin 1-5 aprel tarixlərində http://www.miq.edu.az/muqavile/ saytında qeydiyyatdan keçməlidirlər.

Sözügedən müsabiqələrdə 2017-2018-ci və 2018-2019-cu tədris illəri üçün  keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsində zəruri keçid balını toplayan, pedaqoji istiqamətlər  üzrə orta ixtisas və ya ali təhsilli, tutulmayan və ya yeni yaranan vakant yerlərə müddətli əmək müqaviləsi ilə  işə qəbul edilmiş müəllimlər iştirak edə bilərlər.

Qeyd edək ki, həvəsləndirmə tədbirləri tətbiq olunmayan müəssisələrə fiziki tərbiyə, musiqi və təsviri incəsənət fənləri üzrə keçid balı 42, digər fənlər üzrə 48, həvəsləndirmə tədbirləri tətbiq olunan müəssisələrə isə bütün fənlər üzrə 36 bal müəyyən edilib.


XƏBƏRLƏR VƏ YENİLİKLƏR

Test imtahanlarında növbəti yüksək bal

İyulun 10-da müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsində növbəti yüksək nəticə qeydə alınıb. Belə ki, namizədlərdən Gülbəniz İsrafilova informatika ...

Ətraflı
Azərbaycan müəllimini seçir

"Anamla imtahana gəlmişəm. İndi onu gözləyirəm, o, söz verib ki, özümü yaxşı aparıb sakit otursam, gələndən sonra mənə istədiyim hədiyyəni ...

Ətraflı
Elektron qeydiyyat davam edir

İyunun 24-dən start verilmiş müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün 47 mindən çox namizəd elektron qeydiyyatdan keçib, onlardan 44 ...

Ətraflı