Ölkənin ümumtəhsil məktəblərini təmsil edən 15 nəfər müxtəlif fənn müəllimi Böyük Britaniyanın Lester Universitetində səfərdə olub.


Ölkənin ümumtəhsil məktəblərini təmsil edən 15 nəfər müxtəlif fənn müəllimi Böyük Britaniyanın Lester Universitetində səfərdə olub. Səfərin məqsədi seçilmiş müəllimlərin peşəkarlıq səviyyəsini və mentorluq bacarıqlarını artırmaq, qabaqcıl təcrübələri Azərbaycanda təbliğ etməkdir.

Səfər proqramına müəllimlərin tədris fəaliyyətinin mövcud vəziyyətini təhlil etmək, təlim prosesini düzgün planlaşdırmaq, formativ qiymətləndirmə vasitələrindən istifadə, ölçüləbilən təlim məqsədlərini müəyyənləşdirmək, şagirdlərlə səmərəli əks-əlaqənin təmini, dərs müşahidəsi zamanı müəllimlərin dəstəkləyici əks-əlaqəsinin təşkili kimi məsələlər daxil olub.

Müəllimlər Böyük Britaniya məktəblərində istifadə edilən mövcud yanaşmalar, müasir təhsil nəzəriyyələri və metodik tövsiyələrlə tanış olublar. Təlimin sonunda müəllimlər həmin proqram əsasında həmkarları ilə aparacaqları işləri əks etdirən fəaliyyət planı hazırlayaraq dəyərləndirmə üçün Lester Universitetinin nümayəndələrinə təqdim ediblər.


XƏBƏRLƏR VƏ YENİLİKLƏR

Test imtahanlarında növbəti yüksək bal

İyulun 10-da müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsində növbəti yüksək nəticə qeydə alınıb. Belə ki, namizədlərdən Gülbəniz İsrafilova informatika ...

Ətraflı
Azərbaycan müəllimini seçir

"Anamla imtahana gəlmişəm. İndi onu gözləyirəm, o, söz verib ki, özümü yaxşı aparıb sakit otursam, gələndən sonra mənə istədiyim hədiyyəni ...

Ətraflı
Elektron qeydiyyat davam edir

İyunun 24-dən start verilmiş müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün 47 mindən çox namizəd elektron qeydiyyatdan keçib, onlardan 44 ...

Ətraflı