Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu başa çatıb


2018-2019-cu tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu başa çatıb.

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu prosesinə builki və ötənilki müsabiqədə iştirak etmiş namizədlər qatılıblar. Ümumilikdə 7144 namizəd vakansiya seçimi edərək elektron ərizəsini təsdiqləyib. Elektron yerləşdirmənin nəticələri barədə məlumat sentyabrın 10-da namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Qeyd edək ki, müddətli müqavilə ilə işə qəbul zamanı həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrinə keçid balı 30, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə musiqi, təsviri incəsənət və fiziki tərbiyə fənləri üzrə 42, digər fənlər üzrə isə 48 bal müəyyən edilib.


XƏBƏRLƏR VƏ YENİLİKLƏR

Test imtahanlarında növbəti yüksək bal

İyulun 10-da müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsində növbəti yüksək nəticə qeydə alınıb. Belə ki, namizədlərdən Gülbəniz İsrafilova informatika ...

Ətraflı
Azərbaycan müəllimini seçir

"Anamla imtahana gəlmişəm. İndi onu gözləyirəm, o, söz verib ki, özümü yaxşı aparıb sakit otursam, gələndən sonra mənə istədiyim hədiyyəni ...

Ətraflı
Elektron qeydiyyat davam edir

İyunun 24-dən start verilmiş müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün 47 mindən çox namizəd elektron qeydiyyatdan keçib, onlardan 44 ...

Ətraflı